reklam
Sportfm.az xəbər saytı

"Şəfa" səfərdə, "Zirə" evdə -2-ci tur


Bu gün Premyer Liqada 2-ci tura start veriləcək.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Əvvəlcə “Qəbələ” öz meydanında “Şəfa”nı qəbul edəcək. Hər iki komanda ilk turda uduzub. “Qəbələ” “Turan Tovuz”a (0:1), “Şəfa” isə “Zirə”yə (0:2) məğlub olub.

Digər qarşılaşmada isə “Zirə” doğma divarlar arasında “İmişli”ni sınağa çəkəcək.

Misli Premyer Liqası, II tur

22 avqust (şənbə)

18:30. “Qəbələ” - “Şəfa”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu

20:45. “Zirə” - “İmişli”
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Zirə İdman Kompleksinin stadionu

23 avqust (bazar)

“Turan Tovuz” - “Şamaxı”

“Neftçi” - “Araz-Naxçıvan”

Qeyd edək ki, 2-ci turda keçirilməli olan “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunları təxirə salınıb. "Sabah" Çempionlar Liqası, "Qarabağ" isə Konfrans Liqasındakı oyunlarına görə bu tur meydana çıxmayacaq.

Oxşar xəbərlər

"Turan Tovuz" – "Şamaxı" matçı Rauf Cabarova tapşırıldı - Premyer Liqa
“Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı - YENİLƏNİR
FL daha bir təqvimi açıqladı
"Sumqayıt" "Şamaxı"ya, "Neftçi" "Turan Tovuz"a qarşı - Premyer Liqa
“İmişli” “Turan Tovuz”a, “Neftçi” “Şamaxı”ya qarşı - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər