reklam
“Fənərbaxça”nın müdafiəçisi “Roma”ya keçir
Sportfm.az xəbər saytı

“Fənərbaxça”nın müdafiəçisi “Roma”ya keçir


“Roma” “Fənərbaxça”nın 25 yaşlı müdafiəçisi Ceyden Ostervolde ilə transfer razılaşmasına yaxındır.
Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu həm müdafiənin mərkəzində, həm də cinahda çıxış edə bilir.
Klublar bu gün danışıqların növbəti mərhələsini keçirəcək. “Roma” Ostervolde ilə müddəti mövsümün sonuna qədər olan icarə müqaviləsi imzalamaq, daha sonra isə müəyyən şərtlərdən asılı olaraq futbolçunu məcburi satınalma hüququ ilə heyətinə qatmaq istəyir.

Paytaxt təmsilçisi paralel olaraq hücum xəttini də gücləndirməyə çalışır. Klubun maraq dairəsində “Çelsi”nin vingeri Ceymi Bayno-Gittens də var. Ancaq London klubu “Roma”nın ilk təklifini rədd edib.

İtaliya təmsilçisi icarə üçün 3 milyon avro ödəməyə və mövsümün sonunda ingiltərəli futbolçunun 40 milyon avroya satın alınmasını nəzərdə tutan şərtlərlə razılaşmağa hazır idi. “Çelsi” isə bu təklifi qəbul etməyib.

Oxşar xəbərlər

“Roma” yeni futbolçu aldı - Transfer
“Qalatasaray”ın oyunçusu “Roma”da - RƏSMİ
"Milan" İngiltərədən futbolçu alır
Daha bir ulduz futbolçusu Çinə köçür
"Fənərbaxça" yeni hücumçu alır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər