reklam
Metropolitenin iş rejimində dəyişiklik edildi
Sportfm.az xəbər saytı

Metropolitenin iş rejimində dəyişiklik edildi


Bu axşam saat 20:45-də “Sabah” klubunun UEFA Çempionlar Liqasında “Hapoel”ə (İsrail, Beer-Şeva) qarşı keçirəcəyi pley-off oyunu ilə əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.
Sportfm.az xəbər verir ki, oyun penaltilər seriyasına qədər davam etsə, metropolitenin iş saatı uzadılacaq. Belə ki, stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Ümumilikdə, xüsusilə, “Gənclik” stansiyasında gücləndirilmiş rejim tətbiq ediləcək, növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça azarkeş marağı nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC-nin kütləvi tədbirlər planına uyğun olaraq sərnişinlərin təhlükəsiz və rahat daşınması təmin ediləcək.

“28 May” və “Nərimanov” stansiyalarında da gücləndirmə tədbirləri həyata keçiriləcək. Ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq.

Gün ərzində qatarlar mövcud qrafik ilə hərəkəti davam etdirəcəklər.

Azərbaycan çempionu ilk matçda rəqibinə 1:2 hesabı ilə uduzub.

Oxşar xəbərlər

Metroda iş rejimi dəyişdiriləcək
“Bakı Metropoliteni” “Qarabağ”a görə iş rejimini dəyişdi
Bu gün metro gücləndirilmiş rejimdə işləyəcək
Metro "Qarabağ"ın oyununa görə qrafikini dəyişdi
Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək - "Qarabağ"a görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər