reklam
UEFA kiberfutbol üzrə Avropa çempionatı keçirəcək
Sportfm.az xəbər saytı

UEFA kiberfutbol üzrə Avropa çempionatı keçirəcək


UEFA kiberfutbol üzrə Avropa çempionatı keçirəcək.

Sportfm.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. Turnirdə UEFA-ya üzv olan 55 milli assosiasiyanın iştirakı nəzərdə tutulub. Yarışın seçmə mərhələsi 2019-cu ilin noyabrından dekabrınadək davam edəcək. Daha sonra yarışın püşkü atılacaq və yığmalar qruplara bölünəcək. Final mərhələsi 2020-ci il iyulun 9-10-da Londonda keçiriləcək. Turnirin reqlamentinə əsasən, hər bir yığma komandanın heyətində 2-4 kiberfutbolçu yer alacaq. Hər bir komanda qrupdakı rəqiblərə qarşı iki oyun keçirəcək, qrup qalibləri və ikinci yerləri qazanan ən yaxşı altı komanda finalda mübarizə aparacaq. Kiberfutbol üzrə Avropa çempionatının qalibinə pul mükafatı və "Avro 2020"nin final matçına bilet veriləcək. Qeyd edək ki, ölkəmizdə də kiberfutbol yığmasını formalaşdırmaq üçün daxili turnirlərin keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Yığmaların oyunları təxirə salındı - UEFA açıqladı
Final mərhələsinin püşkü Buxarestdə atılacaq
UEFA FİFA-ya meydan oxuyur: Azərbaycan üçün yeni turnir
UEFA Millətlər Liqasının markasının vizual konsepsiyasını rəsmən təqdim edib
UEFA Millətlər Liqasının reqlamentini, qaydaların son versiyası və loqosunu təsdiqlədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər