reklam
UEFA FİFA-ya meydan oxuyur: Azərbaycan üçün yeni turnir
Sportfm.az xəbər saytı

UEFA FİFA-ya meydan oxuyur: Azərbaycan üçün yeni turnir


Azərbaycan millisi yeni turnirdə iştirak edə bilər.

Sportfm.az xəbər verir ki, UEFA yığma komandalar arasında Qlobal Beynəlxalq Liqa adı altında yarış keçirmək niyyətindədi.

Çempionlar Liqası və Avropa Liqasının formatını dəyişən, Millətlər Liqasını yaradan qitə futbol qurumu daha bir turnirin startına hazırlaşır. Qlobal Beynəlxalq Liqada təkcə Avropadan yox, dünyanın bir çox yerlərindən yığmalar qatıla biləcək. Plana əsasən, yarış 2 ildən bir keçiriləcək. Məlumatı UEFA nümayəndələri də Almaniya mətbuatına açıqlama zamanı təsdiqləyiblər.

Kiçik dünya çempionatı hesab edilən yarışın seçmə mərhələsi 2020-ci ildə baş tutacaq. İlk final mərhələsinin isə 2021-ci ildə keçirilməsi nəzərdə tutulub. Əksər mütəxəssislərin fikrincə, UEFA-nın turnirə fərqli qitələrdən komandaları cəlb etməkdə məqsədi FİFA-ya meydan oxumaqdı.

Hətta FİFA rəsmiləri də bütün Konfederasiyaların bununla bağlı UEFA ilə danışıq apardığını təsdiqləyiblər.

Oxşar xəbərlər

Azərbaycan yığması C liqasında - Millətlər Liqası
Millətlər Liqasının taleyi necə olacaq? - UEFA rəsmi açıqlama verəcək
UEFA federasiyaları bir araya yığacaq
Daha bir millimiz üçün Millətlər Liqası
FİFA yenə dəyişiklik edir: 8 qrup, 31 oyun

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər