
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Final mərhələsinin püşkü Buxarestdə atılacaq
Uefa.com-un verdiyi məlumata əsasən, 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi bu il noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdəki “National Arena”da təşkil olunacaq.
Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar turnir 2020-ci ildə qitənin 12 şəhərində keçiriləcək. Avro-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Təşkilatçı ölkələrin heç birinin milli komandası final mərhələsinə birbaşa vəsiqə qazanmaq müstəsnalığına malik deyil və UEFA üzvü olan bütün Milli Assosiasiyaların komandaları seçmə mərhələdə mübarizə aparacaq.
Bundan əlavə, UEFA Millətlər Liqası vasitəsilə də Avro-2020-nin final mərhələsinə vəsiqə qazanmaq mümkündür.
Avro-2020-nin seçmə mərhələsinin püşkü 2018-ci il dekabrın 2-də İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində atılıb. Püşkün nəticəsinə əsasən, Azərbaycan milli komandası E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstan komandaları ilə mübarizə aparacaq. Millimiz seçmə mərhələdə ilk oyununu martın 21-də Zaqreb şəhərində Xorvatiya komandasına qarşı keçirəcək.
Oxşar xəbərlər
AFFA Avropa Çempionatı ilə bağlı razılıq verdi
AFFA UEFA-ya təsdiq göndərdi - AVRO-2020 ilə bağlı
AVRO-2020-nin püşkü atıldı - YENİLƏNİB
AVRO-2020-nin püşkatma mərasiminin qaydası açıqlandı
Avro-2020: Bakıda keçiriləcək oyunların tarixi açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin