"Oğru" futbolçular! -Qorxulu gələcəyimiz, yoxsa potensial təhlükə?
Şüşələri qara plyonkalı ağ "Priora"dan düşən futbolçu dostları ilə "sabah görüşərik bratva" deyərək, sağollaşır və əlində təsbeh yolu keçir. Bu səhnəni sona qədər izləyirəm. Yerindən "cüyültü" ilə tərpənən "Priora"nın təkərlərinin tüstüsü ətrafdakıların haqlı etirazına səbəb olur. Bizim qəhrəmanınız isə "dostlarının" bu hərəkətinə qımışır, ləzzət aldığı üzündən hiss olunur.
Son illər Azərbaycanın gənc futbolçularının "vorobskoy mir"ə meylləndiyi haqqında çox danışılır. Onların oğru dünyasına simpatiya bəsləməsi barədə yetərincə faktlar da var.
Niyə məhz gənclər kriminal qanunları təqdir edir? Əslində, bu futbolçulara xas olan bir həyat tərzi deyil. İnternet resurslarının Azərbaycanla bağlı olan başlıqlarında oğru dünyasının məşhur adlarının geniş şəkildə təbliğ edilməsi, sosial şəbəkələrdə onlar haqqında mifoloji obrazlar kimi təsəvvür yaradılması ciddi təhlükədir. Hətta bəzən meyxana məclislərində, toylarda, tədbirlərdə oğru dünyasının yazılmayan qanunlarından sitatlar səslənir, bu sahənin adamlarına mahnılar, şerlər qoşulur. Təhsildən uzaq düşən gənclər, oxumağa meyli olmayanlar, valideyn nəzarətindən kənarda qalanlar həyatdakı boşluğu bu istəklə doldururlar.
Hazırda Azərbaycanda ən çox izlənilən videolar, baxılan səhifələr məhz "bratva"ların təbliği ilə məşğuldur. Asan yolla qazanc əldə etmək, var-dövlət qazanmaq, hörmətli olmaq düşüncəsi ilə bu istiqamətə yönələnlər də var. Təəssüflər olsun ki, bu cərəyan Azərbaycan futbolundan da yan keçməyib. Nəzərə alsaq ki, ölkəmizdə futbolla məşğul olan uşaqların böyük əksəriyyəti birmənalı şəkildə savadsız olur, durum başadüşüləndi.
Son illər belə gənc futbolçuların sayı durmadan artır və onlar bəzən özlərini "vorovskoy dünyada" hiss etdikləri üçün futboldan uzaqlaşırlar. Bəzi gənc futbolçular oğru dünyasına aid edilən döymələrlə də "silahlanıb"lar.
Ölkəmizin ən adlı-sanlı məşqçilərindən birinin komandasından uzaqlaşdırdığı belə bir futbolçu haqqında "adam hər gün oğrularla oturub-dururdu, onu burda necə saxlaya bilərdim?" deməsini bu gündə unuda bilmirəm. Zaman keçdikcə bu təhlükə daha da böyüyür. Bu isə artıq cəmiyyət üçün böyük həyəcan siqnalıdır. Çünki yerindən qalxan yeniyetmə futbolçular bəzən həmin "oğruları" özlərinə örnək götürür.
Oxşar xəbərlər
Emin Mahmudova məşq keçən "El Mejor": Bəzi elementlərdə çətinlik olur
Futbolçularımızın fərdi ustalıq səviyyəsi niyə aşağıdı? - "El Mejor" danışacaq
Oğru məşhur hücumçunun başına oyun açdı
Uşaq futbolu: Nədən başlayaq, necə davam edək? - QEYD
İt-bat olan gənclər və uşaq futbolundan xəbəri olmayanlar! (LAYİHƏ)
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası