reklam
Futbolçularımızın fərdi ustalıq səviyyəsi niyə aşağıdı? -
Sportfm.az xəbər saytı

Futbolçularımızın fərdi ustalıq səviyyəsi niyə aşağıdı? -"El Mejor" danışacaq


Azərbaycandan əhalicə, ərazicə kiçik, bizdən daha sonra UEFA-ya üzv olan ölkələrin futbol yığmaları yaxşı nəticələr qazanmaqla yanaşı, həm də oyunçularının böyük əksəriyyətinin legioner həyatı yaşaması ilə öyünür.

Xarici futbol çempionatlarında çıxış edən həmin milli komandaların üzvləri özlərini inkişaf etdirməklə yanaşı, komandalarına da yaxşı nəticələr qazanmaqda yaxından köməklik edirlər.

Həmin futbolçular fərdi ustalıqlarını artırmaq imkanı yaxalayır və qısa hesab olunan futbol karyeraları zamanı yadda qalan çıxışla göz oxşayırlar.

Bəs necə olur ki, həmin futbolçular kiçik ölkələrdə dünyaya gəlsələrdə, böyük klublarda oynamasalar da, şəraitləri bizim klublardan qat-qat aşağı olan komandalardan xaricə üz tuturlar? Burda təbii ki, akademiyaların rolu danılmazdı. Ancaq akademiya məsələnin görürən tərəfidi, məsələnin görünməyən tərəfi də var. Elə olmasaydı həmin akademiyalarda yetişən əksər futbolçular xarici klubların şərəfini qoruyardı. Təbii ki, futbolçunun istedadı öz yerində, amma o istedadı inkişaf etdirmək, onu görmək, zəif cəhətlərin üzərində işləmək üçün  fərdi məşqlərə həmin ölkələrdə xüsusi önəm verilir. 

Təəssüflər olsun ki, Azərbaycanda futbolun inkişafının qarşısını alan və axsayan tərəflərindən biri oyunçularımızın fərdi şəkildə, bu sahədə mütəxəssis olan insanlarla çalışmamasıdı. Deyə bilərsiz ki, axı Azərbaycanda belə məşqçilər varmı? Var, özüdə dünyaca tanınmış azərbaycanlı gənc mütəxəssis.

Hazırda paytaxtımızda belə bir məşqçi Azərbaycan futbolunun bir çox tanınmış simasına, milli komandamızın üzvlərinə fərdi məşqlər keçir.

Bu dəfə “Dinamo” Kiyevdə, İspaniyanın bir neçə klubunda təcrübəsini artıran Əbülfəz Hafizoğlu, futbol dünyası üçün isə “El Mejor” haqqında söhbət açacağıq. Bəli, El Mejor uzun müddət xaricdə çalışdıqdan sonra hazırda öz biliklərini azərbaycanlı futbolçulara aşılayır. Saytımızda dərc ediləcək növbəti materialda El Mejorla geniş müsahibəni oxuya biləcəksiz.

Oxşar xəbərlər

Emin Mahmudova məşq keçən "El Mejor": Bəzi elementlərdə çətinlik olur
"İstedadlı futbolçularımız var, amma itib-batırlar" - Samir Əliyev
Bizə PRO lazımdır, yoxsa məşqçi ? - QEYD
Bəxtiyar Soltanov:"Mənim üçün ən doğma klub..." - ÖZƏL
Dar küçələr və yox olan ənənələr! (LAYİHƏ)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər