reklam
Emin Mahmudova məşq keçən
Sportfm.az xəbər saytı

Emin Mahmudova məşq keçən "El Mejor":Bəzi elementlərdə çətinlik olur


Azərbaycanda tanınmış futbolçularla fərdi məşqlər keçən, Avropanın bir neçə ölkəsində çalışmış "El Mejor" ləqəbli mütəxəssis haqqında yazmışdıq. Bu dəfə saytımızda sizlərə onunla geniş müsahibəni təqdim edirik.

  • Bu işə gəlişin necə alındı?
  • Futbola həmişə böyük həvəsim olub. Futbol sevgisi və həvəs, daha sonra isə özünü sübut etmək istəyi.
  • Yaşının gənc olmasına baxmayaraq, xaricdə bir çox futbol akademiyalarda çalışmısan.
  • Bəli. Mənim əsas istəyim təcrübə toplamaq olub. Təbii ki, daha sonra həmin təcrübədən yararlanmaq üçün. Kiyev “Dinamo”su haqqında ağızdolusu danışa bilərəm. Həm də saatlarca.
  • Siz həm də dietoloqsuz.
  • İdman dietoloqu.
  • Belə bir sahədə var?
  • Əlbəttə. Bu Avropada çox geniş yayılan bir peşədi.
  • Keçək bizim futbolçulara. Yanınıza kimlər gəlir?
  • Çox futbolçu ilə çalışıram. Məsələn biri “Neftçi”nin kapitanı Emin Mahmudov.
  • Azyaşlı uşaqlara da məşq keçirsiz.
  • Təbiiki. Onların arasında Premyer Liqa klublarının futbol akademiyalarının şərəfini qoruyanlarda var.
  • Bizim futbolçular fərdi keyfiyyətlərinə görə xarici oyunçulardan çox geri qalır? Hərhalda məşqlərdə siz bunu görürsüz.
  • Belə deməzdim. Bizim futbolçuların içərisində fərdi ustalığına, texniki bacarıqlarına görə seçilənlər var. Və onlar heçdə avropalılardan geri qalmır. Sadəcə bəzən onlara tanış olmayan element verdikdə çətinlik çəkirlər.
  • Sizcə o elementlər onlara niyə tanış deyil?
  • Ümumi məşqlərdə hər futbolçuya ayrıca yanaşmaq, çatışmayan cəhətlər üzərində işləmək alınmır. Bunun üçün fərdi məşqlər var. Belə hazırlıq prosesində ən xırda əskik detal belə nəzərə alınır.

Oxşar xəbərlər

Mahmudov Qurbanova niyə "yox" deyib? - Bilinməyən "transfer"
Futbolçularımızın fərdi ustalıq səviyyəsi niyə aşağıdı? - "El Mejor" danışacaq
Sabahın ulduzları “Sabah”ın Akademiyasında yetişir - VİDEO
Mahmud Qurbanov: "Futbolçu karyeramı başa vuranda çox çətin günlər yaşadım"
Uşaq futbolu: Nədən başlayaq, necə davam edək? - QEYD

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər