reklam
Bayraq ötürülmə mərasimi olmayacaq
Sportfm.az xəbər saytı

Bayraq ötürülmə mərasimi olmayacaq


Bu gün keçiriləcək "Minsk 2019" II Avropa Oyunlarının bağlanış mərasimində bayrağın növbəti Oyunların ev sahibi Polşanın Krakov şəhərinə ötürülmə mərasimi olmayacaq.

Sportfm.az xəbər verir ki, bunu "Minsk 2019"un Əməliyyat Komitəsinin Mərasimlər və Mədəni Proqram üzrə İdarəsinin rəisi Sergey Xomiç keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tədbir zamanı Oyunların bayrağı sadəcə endiriləcək. Xomiç bağlanış zamanı müasir Belarusun nümayiş etdiriləcəyini də əlavə edib.

Mətbuat konfransında mərasimə hazırlıq üzərində 500-dək şəxsin çalışdığı da vurğulanıb.

Bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. (report)

Oxşar xəbərlər

Rusiya və Belarus idmançıları paralimpiada qadağası
Zaur Paşayev bağlanış mərasiminin bayraqdarıdır
Bayraqdarımız məlum oldu - Tokio-2020
İslamiada: Bağlanış mərasimində Azərbaycanın komandasının bayraqdarı açıqlanıb
İslam Həmrəyliyi Oyunları zamanı metro kimlər üçün pulsuz olacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər