Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Lənkəran klubu dağıldı - Federasiyaya görə
Debütant olmasına rəğmən, uğurlu mövsüm keçirən, yüksək liqada yalnız həlledici oyunda “Araz”a uduzub gümüş medalla kifayətlənən, ölkə kubokunda isə finalın biraddımlığında olan “Xəzər Cənub” Futzal Federasiyasına demarş edib.
Sportfm.az xəbər verir ki, klub ötən gün keçirilməli olan yarımfinal qarşılaşmasına çıxmayacağını, ümumiyyətlə, fəaliyyətini dayandırdığını bəyan edib.
Bunu "Futbol plus" qəzetinə açıqlamasında Lənkəran təmsilçisinin rəhbər şəxslərindən olan İlkin Mirzəyev bildirdi. Əslində bu gözlənilən idi. Komanda mükafatlandırma mərasiminə qatılmamışdı. Baxmayaraq ki, tədbirdə AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev də iştirak edirdi. Ölkənin futbol təsərrüfatında yüksək çin sahibinə bu hörmətsizliyi özünə rəva bilən klubdan daha radikal addımı gözləmək olardı.
Adı oyunçu kimi “Xəzər Cənub”un iştirak ərizəsinə salınan, əslində komandanın yaradıcılarından olan İlkin Mirzəyev klubun mövqeyini çatdırdı: “Təəssüf ki, bəzi məmurların maraqları naminə “Xəzər Cənub”un haqqı tapdalandı. Hakimlər də vicdanlarını satmışdılar. Birləşərək çirkin niyyətlərini həyata keçirdilər. İstəmədilər ki, Azərbaycanda “Xəzər Cənub” kimi güclü komanda olsun, bayrağımızı beynəlxalq arenada qaldırsın. Elin gözü tərəzidi, haqqı nahaqdan ayırmağı bacarır. Ədalət olmayan yerdə haqdan danışmaq olmaz. Gücümüz özümüzə çatır, fəaliyyətimizi dayandırırıq. Artıq komanda buraxılıb. Rəhbərlik iranlıları yola saldı. “Xəzər Cənub”un başlıca hədəfi çempion olub ölkəmizi Çempionlar Liqasında təmsil etmək idi. Kubok ikinci dərəcəli məqsəd idi. Ancaq hakimlərin əli ilə çempion olmağımıza imkan vermədilər. Bizi sakitləşdirmək üçün dedikləri söz çox şeydən xəbər verir: “Debüt mövsümündə çempion olmaq istəyirsiz? Burda illərdi can qoyan, amma qalib ola bilməyən komandalar var”. Bu nə deməkdi? Yəni çempionat “Araz”ın inhisarındadı, başqası “qızıl” ala, ÇL-də oynaya bilməz. Elədisə, bizim bu yarışda nə işimiz var? Bəlkə gələcəkdə şərait dəyişəcək, şəffaflıq olacaq, onda komandanı bərpa edib qayıtmaq olar. İndiki halda perspektiv yoxdu, əbədi ikinci olmaq bizlik deyil”.
Oxşar xəbərlər
"Araz" əlavə vaxtda çempion oldu, meydanda ara qarışdı
Azərbaycan çempionatında pley-off həyəcanı başlayır
EKOL-un yeni transferi kənarda qalacaq
Adəm "Araz"a kömək edə bilməyəcək
Mübariz Mənsimov: "Xəzər Lənkəran" hər zaman yaşayacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası