reklam
Azərbaycan çempionatında pley-off həyəcanı başlayır
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatında pley-off həyəcanı başlayır


Bu gün futzal üzrə Yüksək Liqada PLEY-OFF mərhələsinin ilk oyunları keçiriləcək. Sportfm.az xəbər verir ki, əvvəlcə meydana əsas mərhələni ikinci və üçüncü pillədə başa vurmuş “Neftçi” İK və “Xəzər Cənub” çıxacaq. Cəzalı olduğuna görə, “Neftçi”nin kapitanı Rüfət Balakişiyev komandasına kömək edə bilməyəcək. “Xəzər Cənub”da isə cəzalı futzalçı yoxdu. Günün ikinci oyununda son çempion “Araz”la EKOL üz-üzə gələcək. Hər iki komanda meydana tam heyətlə çıxa bilməyəcək. “Araz”da Xətai Bağırov, EKOL-da isə Emin Kürdov cəzalı olduğuna görə qarşılaşmanı kənarda izləyəcək. Onu da qeyd edək ki, hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Neftçi İK – Xəzər Cənub

8 may. Bakı İdman Sarayı. Saat 14:30

Hakimlər: Azər Əsgərov, Anar Fərəcov, Elvin Ağayev

 

Araz – EKOL

8 may. Bakı İdman Sarayı. Saat 17:00

Hakimlər: Hikmət Qafarlı, Ramiz Məhərrəmov, Fuad Həsənov

Oxşar xəbərlər

EKOL və “Araz” seriyada önə keçdi - Yüksək Liqa
Bu gün "Marafon"la EKOL üz-üzə gələcək
"Marafon"un oyunu canlı yayımda
Çempionun oyunu canlı yayımlanacaq
XXIV turun oyunları keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər