reklam
Erməni idmançılar artıq Bakıda -
Sportfm.az xəbər saytı

Erməni idmançılar artıq Bakıda -FOTO


Sabah Bakıda start götürəcək aerobika üzrə Avropa Çempionatında erməni idmançılar da mübarizə aparacaq.

Sportfm.az xəbər verir ki, Rusiya millisinin heyətində yarışan Qarsevan və Duhik Canazyan bacı-qardaş artıq paytaxtımızdadır.

Azərbaycan hakimiyyəti tərəfindən verilən bütün təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Avropa Liqasının paytaxtımızda keçiriləcək final oyununa gəlməkdən imtina edən "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryandan fərqli olaraq, həmvətənləri heç bir problem yaşamadan ölkəmizə gəliblər.

Bu isə bir daha onu göstərir ki, Azərbaycan idmanı siyasətə qarışdırmır. Bakıdakı yarışlarlarda iştirak etmək istəyən istənilən erməni idmançının təhlükəsizliyinə dövlət səviyyəsində təminat verilir. Qarsevan və Duhik Canazyanın Bakıda keçirilən turnirdə iştirakı Mxitaryanın final oyununa gəlməməsinə görə Azərbaycanı günahlandıranlara növbəti layiqli cavabdır.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək aerobika üzrə Avropa çempionatı sabah start götürəcək. Yarışda 22 ölkənin idmançıları mübarizə aparacaq.

Oxşar xəbərlər

"İki dəfə Azərbaycana qanuni yolla gəlməkdən imtina edib"
UEFA “Arsenal”a xəbərdarlıq etdi - "Bakıda etirazdan çəkinin!"
AFFA münasibət bildirdi
Elxan Məmmədov: "Mxitaryan Bakıda oynamaq hüququna malikdir"
"Arsenal" Mxitaryanı Bakıya gətirmir - Açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər