"İki dəfə Azərbaycana qanuni yolla gəlməkdən imtina edib"
Azərbaycanın Fransadakı Səfirliyi "Arsenal"da çıxış edən Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryanın Azərbaycana gəlməkdən imtina etməsinə, bununla bağlı yayılan yalan məlumatlara münasibət bildirib.
Sportfm.az xəbər verir verir ki, səfirliyin yaydığı bəyanatda Azərbaycanın erməni futbolçunun Bakıya gəlişinə icazə verməməsi haqqında yayılan fikirlərin yalan olduğu qeyd edilir.
Bəyanatda bildirirlir: "Erməni futbolçusu "Arsenal" ilə "Çelsi"nin Bakıda keçiriləcək son oyununa qatılmaqdan itmina edib və bu onun ilk imtinası deyil.
Futbolçu bundan əvvəl də iki dəfə Bakıya gəlməkdən imtina edib. O, 2015-ci ildə Bakıda keçirilmiş
"Borussiya Dortmund" - "Qəbələ" və 2018-ci ildə keçirilmiş "Arsenal" - "Qarabağ" komandalarının oyunlarında iştirak etməkdən imtina edib".
Bəyanatda bildirilir ki, futbolçunun bu qərarı onun siyasi fikirlərindən irəli gəlir: "Mxitaryan iki dəfə Azərbaycana qanuni yolla gəlməkdən imtina edib.
O, üç dəfə isə Azərbaycanın işğal olunmuş ərazilərində olub. Mxitaryan qondarma Qarabağ rejimi orqanlarının medalı ilə təltif edilib.
Bunlar göstərir ki, futbolçu siyasi mövqeyə malikdir və o bu siyasi mövqeyini futbol karyerasına daxil edib.
Öz istəyi ilə Azərbaycancana gəlməkdən vaz keçən oyunçu, bu qərarının məcburi surətdə qəbul etdiyini nümayiş etdirməyə çalışır. Görünür ki, ictimai əlaqələrini gücləndirmək üçün ona belə daha çox sərf edir".
Bəyanatda bildirilir ki, Azərbaycanın hakimiyyət futbolçunun təhlükəsizliyinə rəsmi surətdə zəmanət verib.
Sənəddə həmçinin Mxitaryanın Bakıya getməkdən imtina etdiyi bir vaxtda iki erməni idmançının Bakıda olduğu deyilir və onlar haqqında ətraflı məlumat verilir.
Bəyanatda idmançılardan əlavə, Ermənistan siyasi partiyalarının, Ermənistan parlamentinin təmsilçilərinin də Azərbaycanda olduqları haqqında məlumat verilir, onların nəinki təhlükəsizliyinə heç bir təhdidin olmadığı, hətta səfərlərdən razı qayıtdıqları da bildirilir.
Oxşar xəbərlər
“Mxitaryan Bakıya getmək istəmir? Öz işidir...”
UEFA “Arsenal”a xəbərdarlıq etdi - "Bakıda etirazdan çəkinin!"
Elxan Məmmədov: "Mxitaryan Bakıda oynamaq hüququna malikdir"
"Arsenal" Mxitaryanı Bakıya gətirmir - Açıqlandı
Henrix Mxitaryan Bakıya gətiriləcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı















Misli Premyer Liqası