reklam
UEFA “Arsenal”a xəbərdarlıq etdi -
Sportfm.az xəbər saytı

UEFA “Arsenal”a xəbərdarlıq etdi -"Bakıda etirazdan çəkinin!"


UEFA “Arsenal”a xəbərdarlıq edib:

 

“Əgər klubun azarkeşləri Bakıda keçiriləcək Avropa Liqasının final oyunu zamanı UEFA-ya qarşı hansısa etiraz aksiyası keçirsələr, klub neqativ reaksiya ilə qarşılaşacaq”.


Sportfm.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

 

UEFA “Arsenal”ın azarkeşlərinin Henrix Mxitaryanın Bakıya gələ bilməməsindən narazı qalaraq, Bakıda quruma qarşı etiraz bannerləri aça biləcəklərindən ehtiyat edir.

 

Buna görə, UEFA əməkdaşları klubun azarkeşlərinə nəzarəti artıracaq və onların istənilən etiraz forması kluba qarşı sərt tədbirlərlə nəticələnə bilər.

 

Bu yöndə artıq müəyyən təcrübə də var. UEFA daha əvvəl Polşanın "Legiya" (Varşava) klubunu azarkeşlərinin oyun zamanı "Futbol yox, pul daha vacibdi" plakatına görə cərimələyib.

 

Xəbər verdiyimiz kimi,“Arsenal”ın erməni əsilli oyunçusu Henrix Mxitaryan Azərbaycan tərəfindən verilən təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Bakıya gəlməkdən imtina edib.

 

Bununla əlaqədar, “Arsenal”ın Nigeriyadakı fanqruplarından biri üzlərinə Mxitaryanın şəkli olan maska taxaraq, Bakıda keçiriləcək final oyununu bu maskalar altında izləməyi, həmçinin erməni oyunçunun 7 nömrəli formanı geyməsinin şərəfinə 7-77 dəqiqəlik flaşmob keçirməyi təklif edib.

Oxşar xəbərlər

“Mxitaryan Bakıya getmək istəmir? Öz işidir...”
Britaniya portalı AFFA-nın açıqlamasından yazdı - FOTO
Elxan Məmmədov: "Mxitaryan Bakıda oynamaq hüququna malikdir"
"Arsenal" Mxitaryanı Bakıya gətirmir - Açıqlandı
Henrix Mxitaryan Bakıya gətiriləcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər