AFFA münasibət bildirdi
AFFA İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrik Mxitaryanı mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa gətirməməsi ilə bağlı qərarına münasibət bildirib.
Sportfm.az xəbər verir ki, federasiyanın yaydığı açıqlamada deyilir:
“Növbəti həftənin çərşənbə günü UEFA Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşacaq “Arsenal” komandasının futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı klubun açıqlaması, anladığımız qədər “Arsenal”, futbolçu və onun ailəsi tərəfindən kollektiv şəkildə verilmiş bu əsaslandırılmamış qərar bizi təəssüfləndirdi.
Futbolçunun ölkəmizə gəlməməklə bağlı şəxsi qərarını anlasaq da, bir daha bildiririk ki, UEFA-nın tələblərinə uyğun olaraq, Azərbaycan finalın ev sahibi kimi Mxitaryanın şəxsi təhlükəsizliyinə təmin olunmasına zəmanət verdi. Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına salmaq üçün heç bir səbəb yoxdur. Ötən illər ərzində Azərbaycan öz ərazisində keçirilmiş beynəlxalq idman tədbirlərində çoxsaylı erməni əsilli idmançıların problemsiz iştirakını təmin edib.
Nəhayət, hesab edirik ki, bu təəssüf doğuran açıqlama səbirsizliklə gözlədiyimiz final oyununun keyfiyyətinə və möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək. Tezliklə Bakıya təşrif buyuracaq hər iki komandanı qarşılamağa tam hazırıq”.
Oxşar xəbərlər
Britaniya portalı AFFA-nın açıqlamasından yazdı - FOTO
"Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı bəyənatdan məyus olduq" - Elxan Məmmədov
Elxan Məmmədov: "Mxitaryan Bakıda oynamaq hüququna malikdir"
"Arsenal" Mxitaryanı Bakıya gətirmir - Açıqlandı
"Arsenal" Mxitaryanın Bakıya gəlişi məsələsini həll etdi!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası