reklam
Sportfm.az xəbər saytı

"Oyunun ciddiliyini yaxşı dərk edirik" -Nikola Yurçeviç


"Əvvəlki toplanışla ikinci arasında fərq böyükdür. Öncəkində 5-6 gün bir yerdə olduqsa, indi vaxtımız çoxdur".

Sportfm.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində iyunun 8-də Macarıstan, 11-də isə Slovakiya yığmaları ilə oyunlara hazırlıq haqqında danışarkən deyib.

Xorvatiyalı mütəxəssis "Bakcell Arena"da təşkil edilən mətbuat konfransında bildirib ki, futbolçuların fərqli vaxtlarda düşərgəyə qoşulması işi qəlizləşdirir: "Eləsi var mayın 19-dan bizimlədir. Toplanışa 16 nəfərlə başladıq. Bir neçə gün bu cür davam edəcəyik. Mayın 24-dən etibarən Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov və Renat Dadaşov bizə qoşulacaq. İyunun 3-də isə ölkə xaricində çıxış edənlər - Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov gələcəklər".

Baş məşqçi Macarıstan və Slovakiya ilə matça yaxşı kökləndiklərini bildirib: "Oyunun ciddiliyini yaxşı dərk edirik. Hamımız yüksək əhval-ruhiyyədəyik. Optimistəm, stadion da dolacaq və yaxşı nəticə əldə edəcəyik. Hazırlığın sonunda 27 nəfər olacağıq. Lakin matç zamanı yəqin 2-3 nəfər heyətdə yer almayacaq".

Yurçeviç əsas yığmanın iyunun 1-də Azərbaycanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcəyini söyləyib: "U-21 ilə yoldaşlıq oyunu keçirmək təkcə bizim problem deyil. Çünki FIFA-nın pəncərəsi 6-12 iyunu əhatə edir. Bəzən elə olur ki, istədiyini edə bilmirsən. Məsələn, Xorvatiya millisi 4-cü liqa komandasına qarşı oynayacaq".

Oxşar xəbərlər

"Elvin Bədəlov və Bəhlul Mustafazadə hazır deyil" - Canni De Byazi
Nikola Yurçeviç: "Qalib gəlmək üçün hücum etməliyik"
"Qarşıdakı matçlarda yaxşı nəticə əldə edəcəyik" - Araz Abdullayev
Azərbaycan millisinin açıq məşqi keçirildi - FOTO
Nikola Yurçeviç heyəti açıqladı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər