Nikola Yurçeviç: "Qalib gəlmək üçün hücum etməliyik"
AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də, saat 20:00-da, “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Macarıstan oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında yığmamızın baş məşqçisi Nikola Yurçeviç və Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb. Xorvatiyalı mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bildirib: Bir müddətdir komandayla birlikdəyik. Sevindirici hal odur ki, heyətdə ciddi zədəli futbolçu yoxdur.
Qara Qarayev də görüş haqqında danışıb: Güclü komandaya qarşı mübarizə aparacağıq. Evdə oynayırıq, yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Daha sonra suallara keçilib
- Yurçeviç qapıda Səlahət Ağayevə etibar esəcəyini bildirib. Niyə Emil Balayevə yox, Ağayevə?
- Əvvəlki oyunlarda Səlahət özünü çox yaxşı tərəfdən göstərib. Məhz buna görə.
- 21 yaşlıların Lixtenşteynə məğlubiyyəti Yurçeviçə necə təsir edib?
- Sabahkı oyuna bu nəticə təsir etməyəcək. Şanslarımız vardı, dəyərləndirə bilmədik. Inanıram ki, növbəti oyunlarda yaxşı nəticələr qazanacağıq.
- Sabahkı oyunda qalib gəlmək istəyi komanda üzərində təzyiq yaratmırki?
- Təbii ki, bu seçmə mərhələnin ilk matçından fərqlənəcək. Biz evdə oynayırıq və qalib gəlmək üçün hücum etməliyik.
Oxşar xəbərlər
Nikola Yurçeviç: "Mən xorvatam və buna görə qürurluyam"
Nikola Yurçeviç: "Bunu növbəti oyundan sonra deyə bilərəm"
Maksim Medvedev:Əlimizdən gələni edəcəyik
Qurban Qurbanov: Dadaşovun əvvəlki oyunlarda olmaması təəssüf hissi yaratmır
Robert Prosineçki:"Oyunda yaxşı çıxış edəcəyinə söz verə bilmərəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası