reklam
Antalyadan 13 medalla qayıdırıq
Sportfm.az xəbər saytı

Antalyadan 13 medalla qayıdırıq


Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 13 medalla başa vurublar.

Bu barədə Sportfm.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Turnirin son günündə 4 güləşçimiz fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Bəşir Verdiyevlə (65 kq) Yusif Dursunov (125 kq) gümüş, Muxamad Qantemirov isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə Tural Əhmədov (63 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.

Sərbəst güləş üzrə Azərbaycan millisi turniri 119 xalla komanda hesabında 3-cü pillədə yer alıb.

Beləliklə, “Çempionlar” turnirində güləşçilərimiz ümumilikdə 13 (3 qızıl, 4 gümüş, 6 bürünc) medal əldə edib.

Oxşar xəbərlər

4 güləşçimizdən 4 medal - UĞUR
Güləş millilərimiz “Zəfər Kuboku”nda ikinci oldu - Beynəlxalq turnir
İki günə 14 medal - III MDB Oyunları
Güləşçimiz Türkiyədə çempion oldu - Uğur
Güləşçilərimiz İrandan beş medalla qayıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər