Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Araz-Naxçıvan”ın 58 illik tarixi
20 aprel “Araz-Naxçıvan”ın ilk rəsmi oyununa çıxdığı gündür. Komanda rəsmi olaraq ilk dəfə 58 il əvvəl məhz bu tarixdə meydana çıxıb – 20 aprel 1968.
Sportfm.az xəbər verir ki, klub 1967-ci ildə “Araz” adı ilə təsis edilib. 1967-ci ilin mart-aprel aylarında bir vaxtlar “Neftçi”dəki oyunu ilə seçilən Tofiq Axundov Naxçıvana göndərildikdən sonra bir qrup naxçıvanlı fəalın da iştirakı ilə “Araz” futbol komandası yaradılır və seleksiya xarakterli məşqlərə start verilir. Bu zaman artıq SSRİ çempionatında futbol mövsümü başladığından, komandanın çıxışı növbəti mövsümə – 1968-ci ilə saxlanılır. 1968-ci ilin əvvəllərində SSRİ Futbol Federasiyası müəyyən etdiyi zona birinciliklərini açıqlayır və “Araz” 3-cü zonanın “B” qrupunda mübarizə aparmağa başlayır. Bu zonada (qrupda) keçmiş Sovet İttifaqının tərkibində olan ölkələrin 21 komandası yarışırdı ki, bunların da üçü – “Toxucu” (Mingəçevir), “Daşqın” (Zaqatala) və “Araz” (Naxçıvan) Azərbaycanı təmsil edirdi.
“Araz-Naxçıvan”ın ilk oyunu
Oyun həmin vaxt “Naxçıvan stadionu” adlandırılan (indiki Naxçıvan Muxtar Respublika Stadionu) arenada keçirildi. Rəqib “Daşqın” komandası idi. Naxçıvan təmsilçisi ilk oyununa bu heyətlə çıxıb:
1. Ramiz Məmmədov, 2. Vladimir Fyodorov, 3. Gülağa Quliyev, 4. Mirzəağa Əliyev, 5. Hafiz Əliyev, 6. Nəriman Əliyev. 7 Tahir Əliyev, 8. Vitali Xluçin, 9. Şəmsəddin Zeynalov, 10. Vitali Andreyko, 11. Novruz Əliyev.

Oxşar xəbərlər
“Araz-Naxçıvan” “Zaqatala” ilə qarşılaşacaq - Yoxlama görüşü
“Araz-Naxçıvan” “İmişli” ilə qarşılaşacaq
“Araz-Naxçıvan”ın 30-cu qolu
“Araz-Naxçıvan” son oyununa çıxır - Çempionlar Liqası
“Araz-Naxçıvan”ın keçmiş baş məşqçisi dünyasını dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası