reklam
Güləş millilərimiz “Zəfər Kuboku”nda ikinci oldu -
Sportfm.az xəbər saytı

Güləş millilərimiz “Zəfər Kuboku”nda ikinci oldu -Beynəlxalq turnir


Yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan milliləri Türkiyənin Antalya şəhərində təşkil edilən “Zəfər Kuboku”nda ikinci olublar.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Ənənəvi turnirin son günündə daha 5 güləşçimiz fəxri kürsüyə qalxıb.

Sərbəst güləşdə Nihad Süleymanlı (80 kq) və Hakim Tağıyev (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Yunan-Roma güləşində isə Zəka Yusubovla (80 kq) Məhəmməd Mustafayev (110 kq) eyni nəticəyə imza atıb. İsfahan Həsənov (80 kq) isə bürünc medalı boynundan asıb.

Sərbəst güləş millisi ənənəvi turniri 3 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayaraq, 147 xalla komanda hesabında 2-ci yeri tutub. Yunan-Roma güləşi yığmasi isə 5 qızıl, 2 gümüş və 2 bürünc medalla 169 xal toplayıb və ümumi sıralamada 2-ci pillədə yer alıb.

Oxşar xəbərlər

Güləşçilərimizdən “Zəfər Kuboku”nda daha 6 medal
Güləşçilərimiz "Zəfər Kuboku"nda iştirak edəcək
İki günə 14 medal - III MDB Oyunları
Güləşçimiz Türkiyədə çempion oldu - Uğur
Güləş millimiz Avropa ikincisi oldu - UĞUR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər