reklam
Nikola Yurçeviç heyəti açıqladı -
Sportfm.az xəbər saytı

Nikola Yurçeviç heyəti açıqladı -SİYAHI


Azərbaycan milli komandasının Macarıstan və Slovakiya yığmaları ilə keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə qrup oyunları üçün heyəti açıqlanıb. 

Sportfm.az xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç qarşıdakı ev oyunlarına 27 futbolçu dəvət edib. Onlardan Bəhlul Mustafazadə ilk dəfə, Renat Dadaşov isə uzun müddətdən sonra əsas yığmaya çağırılıb. 

Milli üzvləri hazırlıq prosesinə mayın 19-da başlanacaqlar. Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Renat Dadaşov komandaya mayın 24-də, Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov isə iyunun 3-də qoşulacaqlar. 21 may saat 18:15-də “Bakcell Arena”da baş məşqçi Nikola Yurçeviçin mətbuat konfransı təşkil olunacaq.

Macarıstanla görüş iyunun 8-də, Slovakiya ilə qarşılaşma isə iyunun 11-də "Bakcell Arena"da keçiriləcək. Hər iki görüş saat 20:00-da başlanacaq. 

Milli komandanın heyəti:

Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Maqomedaliyev ("Qarabağ") 

Müdafiəçilər: Maksim Medvedev ("Qarabağ"), Ömər Buludov ("Neftçi"), Bədavi Hüseynov ("Qarabağ"), Rahil Məmmədov ("Qarabağ"), Anton Krivotsyuk ("Neftçi"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar Rəhimov ("Səbail"), Bəhlul Mustafazadə ("Qəbələ")

Yarımmüdafiəçilər: Qara Qarayev ("Qarabağ"), Riçard Almeyda ("Qarabağ"), Eddi İsrafilov ("Alkorkon", İspaniya), Emin Mahmudov ("Neftçi"), Əli Babayev ("Sumqayıt"), Aleksey İsayev ("Sumqayıt"), Dmitri Nazarov ("Ertsgebirge Aue", Almaniya), Rəşad Eyyubov ("Sabah")
Hücumçular: Mahir Emreli ("Qarabağ"), Namiq Ələskərov ("Neftçi"), Araz Abdullayev ("Qarabağ"), Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Rüfət Dadaşov ("Proysen Münster", Almaniya), Mirabdulla Abbasov ("Neftçi"), Renat Dadaşov ("Eştoril", Portuqaliya), Ağabala Ramazanov ("Səbail").

Oxşar xəbərlər

"Keşlə"nin futbolçusu Azərbaycan yığmasında - Yurçeviç millinin heyətini açıqladı
Nikola Yurçeviç 23 futbolçuya dəvət göndərdi - SİYAHI
Millimizin start heyəti
Millimizin 2 oyun üçün heyəti müəyyənləşdi - SİYAHI
Qurban Qurbanov millinin heyətini açıqladı - Siyahıda 2 yeni ad

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər