Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Finalda şanslar 50/50-yədir" -Həsən Zeynalov
"Finalda şanslar 50/50-yədir"
Sportfm.az saytının Tovuza ezam olunan əməkdaşı xəbər verir ki, bunu qadınlardan ibarət "Turan" voleybol klubunun prezidenti Həsən Zeynalov Azərbaycan Yüksək Liqasının yarımfinalında "Gəncə"yə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, azarkeşlərin komandadan yüksək nəticələr gözlədiyini söyləyib:
"Mövsümün əvvəlində qarşımıza avrokuboklara düşmək məqsədi qoymuşduq. Artıq bunu bacardıq. Çempion olduqdan sonra Tovuza voleybol şəhəri demək olar. Təbii ki, azarkeşlər komandadan yüksək nəticə tələb edir. Bu tələbkarlığın nəticəsində oyunçular məsuliyyət daşıyır və bunun öhdəsindən gəlmək üçün əllərindən gələni edirlər".
Həsən Zeynalov finaldakı şanslarından danışıb:
"Finalda qalib gəlsək, karyeramın ən böyük uğurlarından biri olar. İnşallah, kuboku biz qazanarıq. Heç bir rəqibə yuxarıdan aşağı baxmırıq. Finalda şanslar 50/50-dir. Baxmayaraq ki, "Gəncə"ni ilk matçda 3:0 hesabı ilə məğlub etmişdik, oyundan öncə kollektivlə görüşəndə qeyd etdim ki, heç kim rahatlaşmasın".
Qeyd edək ki, "Turan" yarımfinalda "Gəncə"ni hər iki görüşdə 3:0 hesabı ilə məğlub edərək finalda "DH Volley" kollektivinə rəqib olub. 19 aprel saat 16:00-da Bakıda "Dərnəgül Arena"da start götürəcək final matçında "Turan"la HD Volley üz-üzə gələcək.

Oxşar xəbərlər
"Turan" finalda - Yüksək Liqa
Yüksək Liqada yarımfinal cədvəli məlum oldu
"Turan Tovuz" 1/4 finalda - Azərbaycan kuboku
Növbəti turların proqramı məlum oldu - Azərbaycan çempionatları
“Gəncə” məğlub oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş qəsəbələrarası futbol turniri keçirilib
-
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
Kadi 25-ci qoluna imza atıb - Yubiley
-
Günün ilk oyunu Tovuzda başlayacaq - YENİLƏNİR
-
3 klub üçün danışılmış oyunlara qarşı sessiya - FOTO
-
"Turan" 32 il sonra avrokuboklarda - UĞUR

Misli Premyer Liqası