reklam
Pley-off matçının tarixi açıqlandı
Sportfm.az xəbər saytı

Pley-off matçının tarixi açıqlandı


Azərbaycan 1-ci Liqasına vəsiqə uğrunda pley-off oyununun tarixi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

1-ci Liqada 9-cu yerin sahibi ilə 2-ci Liqada 2-ci yerin sahibi mayın 27-də üz-üzə gələcək.

Bundan əlavə, 2-ci Liqaya vəsiqə uğrunda pley-off matçlarının da tarixi dəqiqləşib. 2-ci Liqada 11-ci yerin sahibi AFFA Region Liqasında 2-ci yerin sahibi ilə mayın 29-da qarşılaşacaq.

2-ci Liqada 10-cu yerin sahibi Region Liqasında 3-cü yeri tutan komanda ilə eyni gündə münasibətlərə aydınlıq gətirəcək.

Qarşılaşmalar neytral meydanda keçiriləcək.

Oxşar xəbərlər

İkinci Liqada yeni komanda - Say dəyişdi
2-ci liqaya vəsiqə uğrunda pley-off oyunlarının püşkü atıldı
Pley-off matçlarının püşkü atıldı
Azərbaycan liqalarında pley-off oyunlarının vaxtı
Liqa 1-də mövsümə yekun vuruldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər