reklam
Millinin sabiq futbolçusu azyaşlılara butslar hədiyyə etdi -
Sportfm.az xəbər saytı

Millinin sabiq futbolçusu azyaşlılara butslar hədiyyə etdi -FOTO


KİA və UEFA Uşaq Fondu minlərlə qaçqın və məcburi köçkün uşağa futbol butsları bağışlayıb.

Sportfm.az xəbər verir ki, xeyriyyə tədbiri Bakıda, UEFA Avropa Liqasının KİA tərəfindən həyata keçirilən Kubok Turunda baş tutub. 

Portuqaliya millisinin sabiq futbolçusu Deku Bakıda keçiriləcək Avropa Liqasının final oyununa az qalmış Zaatari qaçqın düşərgəsinin nümayəndələri ilə görüşüb və azyaşlılara butslar təqdim edib.

Liqanın qrup mərhələsi ərzində KİA və UEFA Uşaq Fondu Avropada bir sıra şəhərlərə gələrək futbolsevərləri artıq istifadə etmədikləri butslarını azyaşlı qaçqın və məcburi köçkünlərə bağışlamağa çağırıb. Butslar fondun köməyi ilə ərsəyə gətirilən futbol meydançalarında oynayacaq İordaniyada yaşayan azyaşlı suriyalı qaçqınlara veriləcək.

Aksiyada yüzlərlə buts ianə verilib. 145000-dən çox azarkeş isə Cenevrə, Sevilya, Berlin, London, Milan, Moskva və Paris kimi şəhərlərdə - məktəblərdə, kütləvi futbol klublarında və şəhər mərkəzlərində UEFA Avropa Liqası kubokunu yaxından görməyə fürsət tapıb.

Kampaniya ərzində azarkeşlər Lotar Matteus, Andres Palop, Devid Simen, Eydur Qudyonsen, Andrey Arşavin, Yuri Corkayef və Filippo İnzagi kimi Kubok turu səfirləri ilə görüşərək əyləncəli vaxt keçiriblər.

Avropada ümumilikdə 700-dən çox buts toplanıb. Butslar bir neçə həftə içərisində İordaniyaya göndəriləcək.

Oxşar xəbərlər

UEFA Avropa Liqasının kuboku Gəncədə - FOTO
Avropa Liqasının kuboku Cocuq Mərcanlıda - FOTO
Kubokun Bakıya gətiriləcəyi tarix açıqlandı
"Ümid edirəm ki, Bakıdakı finalda..." - "Qalatasaray"ın sabiq futbolçusu
Yeni butslar təqdim edildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər