Avropa Liqasının kuboku Cocuq Mərcanlıda -FOTO
UEFA Avropa Liqasının kubok turu - bütün Avropadan futbol azarkeşləri üçün turnirin bir parçası olmaq, fəxri mükafatı yaxından görmək və futbol ulduzları ilə görüşmək üçün unikal imkandır.
Sportfm.az bildirir ki, bu il kubok turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva, Parisi ziyarət edib və Azərbaycanın paytaxtı - Bakı şəhərində başa çatıb.
Kubok Avropa Liqasının səfiri olan portuqaliyalı futbolçu Nunu Rikardo tərəfindən şəxsən təhvil verilib.
Kubok mayın 18-də Bakıya gətirilərək, Azərbaycanın regionlarında səyahətə yollanıb və respublikanın ikinci böyük şəhəri qədim Gəncə və Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində dayanıb. Dayanacaq məntəqələrində sakinlər və tədbir qonaqları xüsusi təchiz olunmuş şəkil zonalarında kubokla şəkil çəkdirə biləcəklər, həmçinin onları əyləncəli konsert proqramları, Bakıda final oyununa bilet qazanmaq imkanı və digər hədiyyələr gözləyir.
Azyaşlı qonaqlar üçün face-art, animatorlar, futbol üzrə ustad dərsləri, oyunlar və digər əyləncələr hazırlanıb.
Tədbirin daha bir diqqətçəkən məqamı Avropa Liqasının final oyununun səfiri Vəli Qasımov, həmçinin "Qarabağ" klubunun və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyaları olacaq.
UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda yerli vaxtla saat 23:00-da başlayacaq.
Oxşar xəbərlər
UEFA Avropa Liqasının kuboku Gəncədə - FOTO
Səmədov Avropa Liqası finalının səfiri oldu
UEFA Avropa Liqasının kuboku Moskvada sərgilənir - FOTO
Kubokun Bakıya gətiriləcəyi tarix açıqlandı
Milan "İnter"inin sabiq ulduzu Bakıya gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası