reklam
Sportfm.az xəbər saytı

"Ümid edirəm ki, Bakıdakı finalda..." -"Qalatasaray"ın sabiq futbolçusu


UEFA Avropa Liqasının kuboku Türkiyənin İstanbul şəhərində nümayiş etdirilib. 

Sportfm.az xəbər verir ki, tədbirdə "Qalatasaray"ın heyətində UEFA Kubokunu (hazırkı Avropa Liqası) qazanan sabiq futbolçuları Ergün Penbe və Hakan Ünsal da iştirak ediblər.

E.Penbe vaxtilə bu kuboku qazandıqlarını xatırladıb: "Bunu muzeyimizə gətirdik. Kuboku qazananda toxuna bilməmişdim. İndi toxunmaq üçün fürsət tapdım. Həmin gün mənim doğum günüm idi. Ümid edirəm ki, Bakıdakı finalda Türkiyə komandası qalib olar". 

Hakan Ünsal isə kuboku görəndə xatirələr, qürur və xoşbəxtliyin onda canlandığını söyləyib: "Əslində, kuboku unutmuşdum. Bu kubok ölkədəki bir çox şeyi dəyişdirib. Həmin vaxt baş məşqçilərə və futbolçulara yol göstərən bir kubok idi.  

Qeyd edək ki, "Qalatasaray" 2000-ci ildə UEFA Kubokunu qazanıb. Bu mövsüm Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Hazırda Türkiyə təmsilçilərindən "Fənərbaxça" və "Qalatasaray" bu turnirdə mübarizəni davam etdirir. 

Oxşar xəbərlər

“Real” kubok sayında “Barselona”nı keçdi
UEFA kuboku Gəncəyə aparıldı
UEFA Avropa Liqasının kuboku Dubayda sərgilənir
UEFA Avropa Liqasının kuboku Moskvada sərgilənir - FOTO
2020-ci ildə Avropa Liqasının finalı bu şəhərdə olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər