"Qəbələ" bütün görüşlərdə məğlub oldu
“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandasının iştirak etdiyi “Snaf Mondial Cup”da qrup mərhələsinin oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, Fransanın San Nazer şəhərində təşkil olunan yarışda mübarizə aparan 16 komanda 4 qrupda dairəvi sistemlə qüvvəsini sınayıb.
A qrupunda çıxış edən “qırmızı-qaralar” üç oyun keçirib. Zaur Hacıyevin baş məşqçisi olduğu U-17 “Monako”ya 0:3, “Anje” (hər ikisi Fransa) və “Benfika”ya (Portuqaliya) eyni – 0:1 hesabı ilə uduzub.
Komanda qrup mərhələsini dördüncü yerdə tamamlayıb. “Qəbələ” 9-16-cı yerlər uğrunda olimpiya sistemi ilə mübarizə aparacaq. “Qırmızı-qaralar”ın buradakı rəqibləri Fransa təmsilçiləri “Tuluza”, “Monako”, “Snaf”, “Brest”, “Vertu”, Serbiyanın “Zvezda” və Meksikanın “Amerika” klubları olacaq.
Oxşar xəbərlər
"Qəbələ" çexiyalılara qarşı
"Barselona" "Qəbələ"yə qalib gəldi
"Qəbələ"nin "Udineze"yə "gücü çatmadı"
"Qəbələ" üçün ən çox işlədilən söz "kaybetdi" oldu
"Qəbələ" litvalıları məğlub edib, latviyalılara uduzdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı














Misli Premyer Liqası