reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" çexiyalılara qarşı


Çexiyanın paytaxtı Praqada keçirilən “All Stars Cup” turnirində ikinci oyun gününə yekun vurulub. 

Sportfm.az xəbər verir ki, “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası ikinci qrup mərhələsində 3 oyun keçirib. İspaniyanın “Barselona” klubuna 0:3, Rusiya “Zenit”inə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” Almaniya təmsilçisi “Herta”ya qalib gəlib - 1:0. Matçdakı yeganə qola Nemət Şıxəmirov imza atıb. 

İlk iki mərhələnin yekununda 2 qələbə və 4 məğlubiyyəti olan komanda ümumi sıralamada 11-ci olub. “Qəbələ” cədvəldə “Zenit”, “Beşiktaş”, “Fastav Jlin”, “Dukla” kimi komandaları qabaqlayıb. 

Bu gün 9-16-cı yerlər uğrunda mübarizə aparacaq “Qəbələ”nin ilk rəqibi Çexiya təmsilçisi “Fastav Jlin” olacaq.

Oxşar xəbərlər

"Qəbələ" "Beşiktaş"a qalib gəlsə də, 15-ci oldu
"Barselona" "Qəbələ"yə qalib gəldi
"Porto" Azərbaycan klubuna 4 qol vurdu
"Portu" Azərbaycan klubuna qarşı
PSJ, "Barselona", "Beşiktaş" və "Qəbələ"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər