reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" litvalıları məğlub edib, latviyalılara uduzdu


Litvanın paytaxtı Vilnüsdə keçirilən “Ateitis Cup” turnirinə start verilib.

Sportfm.az xəbər verir ki, yarışda qüvvəsini sınayan “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası ilk oyun günündə iki matç keçirib. C qrupunda mübarizə aparan “qırmızı-qaralar” ilk turda Litvanın “Vilnüs” komandasını sınağa çəkiblər. Sərxan Mirzəzadənin dubl etdiyi görüşdə “Qəbələ” 2:0 hesabı ilə qalib gəlib. Ülfət Mədətovun baş məşqçisi olduğu komanda ikinci matçını Latviyanın “Dauqavpils” komandasına qarşı keçirib. Futbolçularımız meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıblar.
Xatırladaq ki, “Qəbələ” qrup mərhələsinin növbəti iki oyununu sabah keçirəcək. Komandamız Finlandiyanın “Maski” və Belarusun “Smena” komandaları ilə qarşılaşacaq.

Oxşar xəbərlər

"Qəbələ" "Zirə"ni məğlub etdi - Yoxlama oyunu
"Qəbələ" milliyə qarşı - Yoxlama oyunu
"Qəbələ" bütün görüşlərdə məğlub oldu
"Qəbələ" çexiyalılara qarşı
"Barselona" "Qəbələ"yə qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər