reklam
Azərbaycan çoxnövçülük yarışında çıxışını başa vurdu - AÇ
Sportfm.az xəbər saytı

Azərbaycan çoxnövçülük yarışında çıxışını başa vurdu - AÇ


Polşanın Şetsin şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında final mərhələsinə start verilib. 

Sportfm.az xəbər verir ki, yarışın üçüncü günündə kişi və qadınlar çoxnövçülükdə qüvvələrini sınayıblar. 

Final mərhələsinin ilk günündə Azərbaycan təmsilçiləri də azarkeşlər önünə çıxıb. Kişilərin mübarizəsində İvan Tixonov altı hərəkətin cəmində 78,665 xal toplayıb. 

O, finalda çıxış edən 24 gimnast arasında 21-ci olub. Qitə çempionu adını isə rusiyalı Nikita Naqornı qazanıb – 88,665 xal. 

Marina Nekrasova isə qadınların yarışında 23-cü olub. O, dörd hərəkətdə 48,465 xal yığıb. Çempion adına isə fransalı Melani de Xesus dos Santios yiyələnib – 53,433 xal.

Oxşar xəbərlər

Azərbaycan gimnastı finalda - Avropa çempionatı
Avropa çempionatında iştirak edəcək gimnastlarımız - SİYAHI
Azərbaycanın daha bir gimnastı II Avropa Oyunlarına vəsiqə qazandı
İdman gimnastikası üzrə Dünya Kubokuna yekun vuruldu
Daha iki gimnastımız Dünya Kubokunda finala çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər