Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA-nın qovduğu Nizami Hacıyev Türkiyədə!
Adı oyunların yekun nəticələrinin manipulyasiyasında hallandığına görə 2017-ci ilin dekabrında İntizam Komitəsinin qərarına əsasən futboldan ömürlük uzaqlaşdırılan Nizami Hacıyevin topsuz günləri başa çatıb.
Sportfm.az xəbər verir ki, məlum qadağadan sonra illərini həsr etdiyi idman növündən ayrılaraq Moskvaya
yollanan və ordakı qohumlarının yanında işləyən 31 yaşlı futbolçu bundan sonra Türkiyədə yaşayacaq.
Yarımmüdafiəçi BAL liqasında mübarizə aparan “Çərkəzköy 1911” ilə anlaşaraq, vaxtilə “Keşlə”də çiyin-çiyinə oynadığı Sinan Akkoyunla yenidən komanda yoldaşı olub.
Artıq sənədləşmə işləri başa çatıb və Hacıyev Türkiyəyə yollanıb. O, tanış menecerin və Akkoyunun təşdimatı ilə qonşu ölkəyə üz tutub.
BAL liqası həvəskar statuslu olduğundan, AFFA Nizaminin sənədlərini Türkiyə Futbol Federasiyasına göndərməyə razılaşıb.
“Keşlə“nin sabiq kapitanının qazancı düşünərək, “Çərkəzköy 1911”ə üz tutmasını iddia edə bilmərik. BAL klubunun futbolçularına ödədiyi aylıq məvacibi bizim pula çevirsək, 800-1000 manatı keçmir.

Oxşar xəbərlər
Azərbaycanlı mütəxəssis Türkiyə klubunda çalışacaq - Təyinat
AFFA-nın futboldan "sildiyi" Nizami Hacıyevdən xəbər var - Rusiyaya köçür
AFFA-nın cəzasından apellyasiya şikayəti verildi
"Keşlə" rəsmisi ömürlük futboldan uzaqlaşdırıldı - ŞOK
Nizami Hacıyevlə, Mirhüseyn Seyidov futboldan ömürlük uzaqlaşdırıldı - AFFA açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası