reklam
Azərbaycanlı mütəxəssis Türkiyə klubunda çalışacaq -
Sportfm.az xəbər saytı

Azərbaycanlı mütəxəssis Türkiyə klubunda çalışacaq -Təyinat


“Qəbələ” İdman Klubunun əməkdaşı Tural Yunusov fəaliyyətini Türkiyədə davam etdirəcək.

Sportfm.az xəbər verir ki, Qəbələ şəhər stadionunun ot örtüyünə cavabdehlik daşıyan mütəxəssislərdən biri olan Yunusov Super Liqa təmsilçisi “Göztəpə”də çalışacaq.

 

Mütəxəssis İzmir klubunun meydanına baxan heyətdə yer alacaq. O, İrlandiyanın “SİS” şirkətinin dəvəti ilə qonşu ölkəyə yollanıb. Bu dəvətdə Türkiyəyə yollanan “Qəbələ”nin digər əməkdaşı Rəşad Cabbarovun uğurlu fəaliyyəti də rol oynayıb. Super Liqanın digər təmsilçisi “Kasimpaşa”nın məşq meydanlarının durumuna cavabdeh olan mütəxəssis artıq 10 aydır qonşu ölkədə uğurla çalışır.

 

Cabbarov 2013-cü ildə “Qəbələ” İdman Klubu tərəfindən praktika keçmək üçün “Qalatasaray”a yollanıb, həm “sarı-qırmızılar”, həm “Kasımpaşa”nın meydanları ilə tanış olub. O, Türkiyədəki stadionların ot örtüyünə məsul olan “SİS” şirkətinin dəvəti ilə ötən il Kasımpaşanın eyniadlı klubuna bir aylıq sınaq müddətinə yollanıb. Bu müddəti uğurla başa vuran mütəxəssis artıq 10 aydır “Kasımpaşa”nın məşq meydanlarına cavabdehlik daşıyır.

Oxşar xəbərlər

Daha bir klubumuz Türkiyəyə yollandı
"Qəbələ" Super Liqa klubuna qarşı - Yoxlama oyunu
"Qəbələ" Almaniya klubu ilə üç hissəli oyun keçirəcək
"Qəbələ" də Türkiyəyə yollandı
"Qəbələ"də çalışan mütəxəssis BƏƏ-də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər