reklam
Milliyə mükafat verildi -
Sportfm.az xəbər saytı

Milliyə mükafat verildi -FOTO


AFFA Azərbaycan millisinin futbolçularına mükafatı Litva yığması ilə yoldaşlıq matçındakı heç-heçəyə görə verib.

Sportfm.az xəbər verir ki, bu barədə Assosiasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib.

Onun sözlərinə görə, komanda üzvləri mükafatı AVRO-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiya yığmasına 1:2 hesablı məğlubiyyətlə əlaqədar almayıblar: "Futbolçular AFFA-dan əlavə maaş almırlar. Yığmanın qələbə və heç-heçə ilə başa çatan matçlarından sonra oyunçulara mükafat verilir. Bu da normaldır".

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyunlarını iyunda AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirəcək. Yığma ayın 8-də Macarıstan, 11-də isə Slovakiyanı qəbul edəcək.

Oxşar xəbərlər

AFFA-dan açıqlama - De Byazinin taleyini İK həll edəcək
Azərbaycan - Macarıstan matçına 7500-dən çox bilet satıldı
AFFA rəsmiləri “Uembli”də UEFA seminarında
AFFA Dublinə 6 nəfərlə yollanır - Səbəb
AVRO-2020-nin püşkatma mərasimində AFFA geniş heyətlə təmsil olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər