![AFFA-dan açıqlama -](https://sportnet.az/uploads/posts/2021-10/medium/1634152792_dey.jpg)
![](/templates/amon/images/logo2.png)
AFFA-dan açıqlama -De Byazinin taleyini İK həll edəcək
Futbol üzrə Azərbaycan millisinin baş məşqçi Canni De Byazinin gələcək taleyinə müqaviləsi başa çatdıqdan sonra aydınlıq gələcək. Onun müqaviləsi bu ayın sonu başa çatır.
Sportfm.az xəbər verir ki, bunu AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.
Onun sözlərinə görə, 65 yaşlı italiyalı mütəxəssisin hesabatı AFFA İcraiyyə Komitəsinə (İK) təqdim olunacaq: "Bundan sonra AFFA İcraiyyə Komitəsi bu məsələni müzakirə edəcək. Milli komandaya baş məşqçi təyin olunması, müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı məsələrə dair qərar qəbul etmək səlahiyyəti İK-dədir. AFFA İcraiyyə Komitəsinin iclası bu ayın sonu və ya gələn ayın əvvəli keçirilə bilər." (Trend.az)
Oxşar xəbərlər
De Byazinin aqibəti necə olacaq? - AÇIQLAMA
De Byazinin millidəki taleyinə İcraiyyə Komitəsi qərar verəcək - AFFA
AFFA təsdiq etdi - Roy Kinlə danışıqlar aparırıq
AFFA İcraiyyə Komitəsi milli komandaya görə yığışır
Qurban Qurbanovun istefası qəbul olunmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin