reklam
Sportfm.az xəbər saytı

"Onların gücünün tükənəcəyini bilirdik" -İvan Perişiç


"Azərbaycan ilk hissədə yaxşı mübarizə apardı. Onların gücünün tükənəcəyini bilirdik. Buna görə də səbrli olmalı idik".

Sportfm.az xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının üzvü İvan Perişiç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində doğma meydanda millimizə qalib gəldikləri (2:1) matçı dəyərləndirərkən deyib.  

İtaliyanın "İnter" klubunun üzvü layiqli nəticə əldə etdiklərini bildirib: "Qol vurmaq çətin idi. Yekunda rəqibin müdafiə xəttini yara bildik və layiqli qələbə qazandıq. Oyunumuzu daha da yaxşılaşdıraraq, yolumuza davam etməliyik". 

Ulduz futbolçu martın 24-də Macarıstana qarşı keçirəcəkləri səfər oyunu barədə də danışıb: "Bizi çətin səfər oyunu gözləyir. İşimiz asan olmayacaq. Möhtəşəm azarkeşlər qarşısında oynayacağıq. İstəyimiz qələbə qazanmaqdır, inanıram ki, buna nail olacağıq". 

Oxşar xəbərlər

"Meydanda istədiklərimizi edə bildik" - Elmar Baxşıyev
"Azərbaycanla oyunda layiqli qələbə qazandıq" - Mato Stankoviç
"Fürsət olsa, Essyenlə şəkil çəkdirəcəm" - "Krayova"nın kapitanı
Qurban Qurbanov: "Bakıda bizi daha çətin və ağır oyun gözləyir"
"Neftçi"nin hücumçusu: Onlar bizi çox yaxşı tanıyırlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər