reklam
Sportfm.az xəbər saytı

"Meydanda istədiklərimizi edə bildik" -Elmar Baxşıyev


"Çətin səfər oyunu olacağını bilirdik. Meydanda istədiklərimizi edə bildik və layiqli qələbə qazandıq".

Sportfm.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, fasilədən sonra komandanın arxaya çəkilməsi taktiki gediş deyildi: "Komandanı müdafiədə saxlamaq tapşırığı verməmişdik. "Sabah"ın hücumda yaxşı oyunçuları var. Onları öz qapımızda qarşılamağa məcbur olduq. İkinci planımız əks hücumlar idi ki, bunu da yerinə yetirə bildik. Ötən mövsüm daha çox qol epizoduna girirdik, dəyərləndirə bilmirdik. İndi isə az epizoda girib, qol vura bilirik".

Oxşar xəbərlər

"Komandam layiqli qələbə qazandı" - Elmar Baxşıyev
"Futbolçular istədiklərimizi yerinə yetirdilər" - Sənan Qurbanov
"Komanda nə istədiyimi bilir" - Elmar Baxşıyev
"Qəbələ" “Qarabağ”la layiqli mübarizə aparmaq gücündədir" - Elmar Baxşıyev
"Qələbə olmayanda soyuqqanlılıq da itir" - Elmar Baxşıyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər