"Fürsət olsa, Essyenlə şəkil çəkdirəcəm" -"Krayova"nın kapitanı
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Səbail"in qonağı olacaq Rumıniyanın "Universitatya Krayova" klubunun kapitanı Nikuşor Banku fikirlərini bölüşüb.
Sprtfm.az xəbər verir ki, 26 yaşlı sol cinah müdafiəçisi süni örtüklü meydanda oynamağın çətin olacağını deyib:
"Bizi çətin oyun gözləyir. Süni örtüklü meydançada oynayacağıq. Buna öyrəşməmişik. Mərhələ keçmək asan olmayacaq. Azərkeşlər bizdən qələbə gözləyir. Əlimizdən gələni edəcəyik"
Rumıniya millisinin üzvü "Səbail"in yarımmüdafiəçisi Maykl Essyen barədə də danışıb:
"Essyenin yaxşı oyunçu olduğunu bilirəm. Ancaq indi gənc deyil. Onun təcrübəsi var. “Səbail”in Esyyendən də başqa yaxşı oyunçuları var. Sabahkı oyundan sonra fürsət olsa, bəlkə də şəkil çəkdirərik".
Oxşar xəbərlər
"Krayova" - "Səbail" - START HEYƏTLƏR
"Səbail" 2:3 "Universitatya Krayova" - VİDEO
"Səbail"ə qara forma düşmədi - Debütdə uduzdular
"Azərbaycan klubu bizə qarşı yüksək motivasiyada olacaq"
Ansi Aqolli:"Baş məşqçiylə tam razıyam"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası