reklam
Vəzifəsini tərk edəcəyini elan etdi -
Sportfm.az xəbər saytı

Vəzifəsini tərk edəcəyini elan etdi -2 milyon dollara yaxın pul köçürülməsində şübhəli bilinir


Yaponiya Olimpiya Komitəsinin prezidenti iyunda vəzifəsini tərk etmək niyyətində olduğunu elan edib.

Sportfm.az xəbər verir ki, martın 19-da Tsunekazu Takeda iyunda səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəsini tərk edəcəyini bildirib. O, bu barədə bəyanatla 2020-ci ildə keçiriləcək Olimpiya Oyunları üçün Tokionun seçilməsi barədə fransız müstəntiqlərin apardıqları təhqiqat fonunda qərar qəbul edib. Fransanın hakimiyyət orqanları T.Takedanı 2013-cü ildə bir Sinqapur şirkətinə 2 milyon dollara yaxın pul köçürülməsində iştirakda şübhəli bilir.

Qeyd edilir ki, həmin şirkət Oyunların mərkəzi kimi Tokionun seçilməsində şübhəli bilinən Beynəlxalq Olimpiya Komitəsinin sabiq üzvünün oğlu ilə əlaqələndirilir.

T.Takeda isə bu halda heç bir qanun pozuntusuna yol verilmədiyində təkid edir.(azərtac)

Oxşar xəbərlər

Olimpiya halqaları Tokio körfəzində - FOTO
Olimpiya məşəli ictimaiyyətə təqdim olundu - Tokioda
23 iyun - Beynəlxalq Olimpiya günü
Qış olimpiadası təsirə məruz qalmayacaq - AÇIQLAMA
Yeni Olimpiya və Paralimpiya Oyunları Mərkəzi açılıb - Tokioda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər