reklam
Qış olimpiadası təsirə məruz qalmayacaq -
Sportfm.az xəbər saytı

Qış olimpiadası təsirə məruz qalmayacaq -AÇIQLAMA


Koronavirus pandemiyası 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına hazırlıqlara təsir göstərməyib.

Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax qurumun İcraiyyə Komitəsinin iclasından sonra keçirilən videokonfransda bildirib.

O, qeyd edib ki, Pekində 2022-ci ildə baş tutacaq Qış Olimpiya Oyunlarına hazırlıq çox yaxşı gedir. Qış idman növləri üzrə beynəlxalq federasiyaların iştirakı ilə koordinasiya komissiyasının növbəti iclası iyunda keçiriləcək. Pekinə BOK tərəfindən göstərilən dəstək davam edəcək.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarının Pekində 2022-ci il fevralın 4-dən 20-dək keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Xarici azarkeşlərə qadağa - Olimpiya Oyunlarına buraxılmayacaqlar
Olimpiya Oyunları tamaşaçısız keçiriləcək - Pekin-2022
Olimpiya Oyunlarının şüarı bəlli oldu Beijing - 2022
Olimpiya Oyunlarının məşəli təqdim olundu - “Pekin-2022”
"Gələn il Tokio Olimpiadası keçiriləcək" - Tomas Bax

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər