Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Nazir müavini Federasiya prezidenti oldu
Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib.
Sportfm.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən yığıncaq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Nazir 4 il ərzində federasiyaya rəhbərlik etmiş Muxtar Babayevə fəaliyyətinə görə minnətdarlığını bildirib. Muxtar Babayev çıxış edərək göstərilən etimada görə təşəkkürünü ifadə edib.
İclasın gündəliyi təsdiqləndikdən sonra Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyinin 2022-2026-cı illər ərzində gördüyü işlərə dair hesabat təqdim olunub, səsvermə ilə təsdiqlənib.
Daha sonra federasiyanın rəhbərliyinə seçki keçirilib. Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib. Yığıncaqda çıxış edən Ağakərim Səmədzadə göstərilən etimada görə təşəkkürünü bildirib və alpinizmin inkişafı istiqamətində əlindən gələni edəcəyini vurğulayıb.

Oxşar xəbərlər
Azərbaycanda iki federasiyalar birləşdirildi
Velosiped Federasiyasının prezidenti məlum oldu
Daha bir federasiyanın prezidenti dəyişdi
Üzgüçülük Federasiyasına yeni prezident seçildi
Çingiz Hüseynzadə istefa verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası