reklam
Dünya çempionatının ikinci turunda da məğlub olduq
Sportfm.az xəbər saytı

Dünya çempionatının ikinci turunda da məğlub olduq


Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatının ikinci turunda İngiltərə ilə üz-üzə gəlib.

Sportfm.az xəbər verir ki, görüş Azərbaycan yığmasının məğlubiyyəti ilə yekunlaşıb. Komandanın heyətində Arkadi Naydiçin Maykl Adamsı məğlub etməsi əhəmiyyətsiz qalıb. 

Rauf Məmmədov Luk Makşeynə, Eltac Səfərli isə Qaveyn Consa uduzub. Qədir Hüseynov isə Devid Hauellə heç-heçə oynayıb. 

Dünya çempionatı, II tur

13:00. Azərbaycan - İngiltərə - 1,5:2,5

Arkadi Naydiç - Maykl Adams - 1:0

Rauf Məmmədov - Luk Makşeyn - 0:1

Qədir Hüseynov - Devid Hauell - 0,5:0,5

Eltac Səfərli - Qaveyn Cons - 0:1 

II turun digər qarşılaşmaları

İsveç - Qazaxıstan - 1:3

ABŞ - Çin - 2.5:1.5 

Rusiya - Misir - 3:1

Hindistan - İran - 2:2

Qeyd edək ki, Azərbaycan millisi ilk turda Çinə məğlub olub. İki turdan sonra Rusiya, ABŞ, İngiltərə hərəyə 4 xalla ilk "3-lük"də qərarlaşıb. Hindistan 3 xalla dördüncü yerdədir. Çin və Qazaxıstan komandaları 2 xalla 5-6-cı yerləri bölüşdürür. İran isə bir xalla yeddincidir. Azərbaycan, Misir və İsveçin isə xalı yoxdur. 

Oxşar xəbərlər

Azərbaycan Rusiya ilə heç-heçə etdi
Yığmamız dünya çempionatında üçüncü məğlubiyyətlə üzləşdi
Yığmamız İngiltərə komandası ilə qarşılaşacaq
Azərbaycan millisi dünya çempionatının ilk turunda məğlub oldu
Millimiz mübarizəyə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər