Yığmamız dünya çempionatında üçüncü məğlubiyyətlə üzləşdi
Azərbaycanın kişi şahmatçılardan ibarət milli komandası Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının IV turunda İsveç yığması ilə qarşılaşıb.
Sportfm.az xəbər verir ki, görüş skandinaviyalıların qələbəsi ilə yekunlaşıb - 3:1. Fikrət Sideifzadənin kapitan olduğu yığmanın üzvlərindən yalnız Rauf Məmmədov qələbə qazanıb. Əvəzində Arkadi Naydiç, Qədir Hüseynov və Eltac Səfərli rəqiblərinə təslim olub.
Beləliklə, 3-cü məğlubiyyətlə üzləşən Azərbaycan millisi 9-cu pilləyə enib. İlk qələbəsini qazanan İsveç isə 8-ci pilləyə yüksəlib.
İlk 3 turda Azərbaycan yığması Çin və İngiltərəyə uduzub, Qazaxıstanla heç-heçə edib. İsveç isə Hindistan, Qazaxıstan və İranla keçirdiyi qarşılaşmalardan məğlub ayrılıb.
IV turun Rusiya - İngiltərə matçında qalib müəyyənləşməyib - 2:2. ABŞ - Qazaxıstan, Hindistan - Çin və İran - Misir qarşılaşmaları hələ davam edir.
4 turdan sonra Rusiya 7 xalla liderdir. İngiltərə isə 6 xalla 2-ci pillədədir.
Dünya çempionatı, IV tur
8 mart
13:00. İsveç – Azərbaycan - 1:1
Nils Qrandelius - Arkadi Naydiç - 1:0
Hans Tikkanen - Rauf Məmmədov - 0:1
Erik Blumkvist - Qədir Hüseynov - 1:0
Linus Yohansson - Eltac Səfərli - 1:0
Məmmədov və Səfərli ağ, Naydiç və Hüseynov qara fiqurlarla çıxış edib.
Oxşar xəbərlər
Azərbaycan Rusiya ilə heç-heçə etdi
Dünya çempionatının ikinci turunda da məğlub olduq
Yığmamız İngiltərə komandası ilə qarşılaşacaq
Azərbaycan millisi dünya çempionatının ilk turunda məğlub oldu
Millimiz mübarizəyə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası