reklam
Roman Saley Rioda Azərbaycana gümüş medal qazandırdı
Sportfm.az xəbər saytı

Roman Saley Rioda Azərbaycana gümüş medal qazandırdı


Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir. Sportfm.az xəbər verir ki, bu gün Azərbaycan üzgüçüləri - Dmitri və Roman Saley qardaşları növbəti sınağına çıxıb. Onlar 100 metr məsafəyə arxasıüstə üzmə yarışlarında qüvvələrini sınayıblar.

Təsnifat mərhələsində 12 idmançı iki yarımqrupda mübarizə aparıb. Saley qardaşları ikinci qrupda yarışıblar. Roman finişə birinci (1:01.58), Dmitri isə üçüncü (1:02.63) çatıb. Nəticədə hər iki idmançımız finala yüksəliblər. Roman finaldakılar arasında ən yaxşı nəticə göstərən idmançıdırsa, Dmitri dördüncüdür.

Final mübarizəsi gecə baş tutub. Dmitri final yürüşündə 8 idmançı arasında mükafatçılar sırasına düşməyib. Roman isə əksinə, ikinci yeri tutub (1:00.91) gümüş medal qazanıb.

Qeyd edək ki, Saley qardaşlarından bu günə qədər yalnız 100 metr məsafəyə brass üsulu ilə üzmədə fərqlənən Dmitri gümüş medala sahib çıxıb.

Oxşar xəbərlər

Azərbaycan üzgüçüsü finalda - Dünya çempionatı
İdmançımızdan dünya rekordu - UĞUR
İdmançımız dünya rekorduna imza atdı
Rio-2016: Yığmamız daha bir medal qazandı
Azərbaycan Rioda daha iki gümüş medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər