reklam
Çalışdırıcının sevimli komandasından ayrılmaq fikri yoxdu
Sportfm.az xəbər saytı

Çalışdırıcının sevimli komandasından ayrılmaq fikri yoxdu


"Qalatasaray"ın baş məşqçisi Fatih Terim dünən sonuncu dəfə müqavilə imzalayıb.

Sportfm.az xəbər verir ki, "cim-bom"la sözləşmə müddətini 2024-cü ilə qədər uzadan təcrübəli mütəxəssis həmin tarixdən sonra karyerasını bitirəcək.

Ancaq 66 yaşlı çalışdırıcının sevimli komandasından ayrılmaq fikri yoxdu. Belə ki, o, məhz 2024-cü ildən etibarən rəhbər vəzifədə çalışmaq üçün hərəkətə keçəcək. Terimin müqavilə müddəti bitər-bitməz "Qalarasaray"da prezident seçkiləri olacaq. O da həmin seçkilərdə namizədliyini irəli sürmək niyyətindədi.

Hər şey planlaşdırılan məcrada getsə, Fatih Terim 70 yaşında "sarı-qırmızılılar"ın prezidenti seçiləcək.

Oxşar xəbərlər

Fatih Terim Yunanıstan klubunda - RƏSMİ
Terimə ağır itki üz verdi
Fatih Terim "Qalatasaray"dan getməyəcək - AÇIQLAMA
Fatih Terimi o yoluxdurub - FOTO
Fatih Terim prezident olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər