reklam
Fatih Terimi o yoluxdurub -
Sportfm.az xəbər saytı

Fatih Terimi o yoluxdurub -FOTO


Məlum olduğu kimi "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.

Sportfm.az xəbər verir ki, təcrübəli mütəxəssisin testinin nəticəsi müsbət çıxıb və o dərhal xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Hazırda Terimin müalicəsi davam etdirilir. Türkiyə mediası 66 yaşlı baş məşqçinin bu virusa harada və necə yoluxması ilə bağlı bir sıra iddialar ortaya atıb.

Belə ki, mətbuat iddia edir ki, Terim bu virusa "Qalatasaray"ın ikinci prezidenti Abdurrahim Albayrakdan yoluxub. Klub rəsmisinin həyat yoldaşı Şükran Albayrak həmin ərəfələrdə xarici ölkədən gəlib və onda da koronavirus testinin nəticəsi müsbət çıxıb. "Beşiktaş" klubu ilə son oyunda Terimin ən çox təmasda olduğu şəxs məhz Abdurrahim Albayrak olub. Onun oğlunda da koronavirus testi pozitiv çıxıb.

Oxşar xəbərlər

Fatih Terimin testinin nəticəsi açıqlandı
Terim koronavirusa qalib gəldi
"Qalatasaray"da daha bir virus şoku - Vitse-prezident xəstələndi
Koronavirus daha bir İstanbul klubunu "vurdu" - "Fənərbaxça"da şok yaşanır
"Qalatasaray"ın vitse-prezidenti viruslu çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər