reklam
İndoneziya “MotoGP” yarışına ev sahibliyi edəcək
Sportfm.az xəbər saytı

İndoneziya “MotoGP” yarışına ev sahibliyi edəcək


2021-ci ildə “MotoGP” dünya çempionatı İndoneziyada keçiriləcək.

Sportfm.az xəbər verir ki, ölkənin ən çox turist qəbul edən bölgələrindən biri olan Lombok adası motosiklet dünyasının ən əhəmiyyətli yarışı - “MotoGP” dünya çempionatının 2021-ci il mövsümünə ev sahibliyi edəcək.

İndoneziya Turizm İnkişaf Agentliyi (İTDC) və “MotoGP” təşkilatçısı “Dorna Sports” 2021-2023-cü illərdə “MotoGP” yarışlarının İndoneziyada keçirilməsi barədə müqavilə imzalayıblar.

İTDC-nin direktoru Abdulbar M. Mansur mətbuata açıqlamasında bildirib ki, yarışın hazırlıqları sentyabr ayında başlayacaq. Çempionatadək 150 min tamaşaçı tutumuna malik arena istifadəyə veriləcək. O qeyd edib ki, 4320 metr uzunluğundakı yarış trası 18 döngədən ibarət olacaq.

Qeyd edək ki, sonuncu dəfə İndoneziyada “MotoGP” yarışları 1996 və 1997-ci illərdə Javanese adasının Boqor bölgəsində keçirilib.

Oxşar xəbərlər

Rusiya saytı BOS-un şəkillərini paylaşdı - FOTO
Fabio Kartararo bütün rəqiblərini qabaqladı
Britaniya və Avstraliya Qran-priləri keçirilməyəcək - RƏSMİ
İndoneziya 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Doha dünya çempionatına ev sahibliyi edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər