Doha dünya çempionatına ev sahibliyi edəcək
Sportfm.az xəbər verir ki, 2023-cü ildə cüdo üzrə dünya çempionatı Qətərin paytaxtı Dohada keçiriləcək.
IJF rəhbəri Marius Vizer, Qətərin Taekvando, Cüdo və Karate federasiyalarının prezidenti Xalid Həməd Əl-Attiya və Qətər Federasiyasının baş katibi Eid Əli Əlmuraihi dünya birinciliyinin Dohada keçirilməsi barədə saziş imzalayıblar.
2018-ci il cüdo üzrə dünya çempionatı bu yaxınlarda Azərbaycanın paytaxtı Bakıda keçirilib. 2019-cu ildə dünya birinciliyi Tokioda (Yaponiya), 2021-ci ildə isə Vyanada (Avstriya) təşkil olunacaq. Yay Olimpiya Oyunlarının keçirildiyi ildə cüdo üzrə dünya çempionatı təşkil olunmur.
Onu da qeyd edək ki, Doha yaxın illərdə yüngül atletika üzrə dünya çempionatına (2019) və futbol üzrə dünya çempionatının (2022) oyunlarına da ev sahibliyi edəcək.
Oxşar xəbərlər
Pekin dünya çempionatına ev sahibliyi edəcək
Bakı dünya çempionatına ev sahibliyi edəcək - 2027-ci ildə
Qətər dünya çempionatına ev sahibliyi edəcək
Avropa çempionatına ev sahibliyi edəcək ölkə açıqlandı - 2024-cü ildə
Qətər daha bir nüfuzlu yarışa ev sahibliyi edəcək - 2030-cu ildə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası