Həbib kumirini döyüşə çağırdı -Seçim sənindir...
Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov kanadalı idmançı Jorj San-Peranı döyüşə çağırıb.
Sportfm.az xəbər verir ki, Həbib bu barədə "instaqram"da yazıb. O, kanadalı idmançıya böyük hörmət bəslədiyini də etiraf edib:
"Gəl bunu noyabrda edək. Həmin döyüşdən sonra sən karyeranı bitirə bilərsən. Mən sənin döyüşlərinlə böyümüşəm və şəxsiyyətinə də böyük hörmət bəsləyirəm.
Güman edirəm ki, bunu Moskvaya səfər edərkən hiss etdin. Oktaqonu tarixin ən güclü döyüşçülərindən biri ilə bölüşmək mənim üçün böyük şərəf olardı. Monreal, Nyu-York, Abu-Dabi və ya Moskva. Seçim sənindir".
Nurməhəmmədovun cəza müddəti məhz noyabrda başa çatır. Bir müddət əvvəl yayılan məlumatda isə bildirilirdi ki, San-Peran karyerasını bitirib.
Oxşar xəbərlər
Həbib son görüşdən öncə xəstələnib - Açıqlama
Həbib son döyüşünə hazırlaşır
"Bu ağ yalandır" - Nurməhəmmədovun meneceri
"Həbib Nurmaqomedov dünyada ən yaxşı MMA döyüşçüsüdür" - Sen-Pyer
Nurməhəmmədovu yenə təhqir etdilər: "Həbib murdar heyvandır!"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası