reklam
Sportfm.az xəbər saytı

"Bu ağ yalandır" -Nurməhəmmədovun meneceri


Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz idmançının karyerasını tezliklə bitirə biləcəyi barədə məlumatlara münasibət bildirib.

Sportfm.az xəbər verir ki, bu barədə o, özünün “Twitter”dəki səhifəsində bildirib.

"Rusiyanın bəzi KİV-ləri guya mənim Həbibin karyerasını bitirdiyini dediyimi yazıblar. Bu ağ yalandır. Həbib atasının ölümünə kədərlənir. İstəyirəm ki, hamı bu vəziyyətə hörmətlə yanaşsın və yanlış xəbərlər verməsin”, - Əbdül-Əziz “Twitter”dəki hesabında yazıb.

Qeyd edək ki, Rusiya mediasında Həbib Nurməhəmmədovun atasının ölümünə görə karyerasını bitirə biləcəyi barədə məlumatlar yayılıb.

Oxşar xəbərlər

Yaxınları Həbibin döyüşünə buraxılmadı - Açıqlama
Həbib karyerasını bitirməyə hazırlaşır - AÇIQLAMA
Atasının vəfatından sonra Həbibin ilk döyüşü - Vaxtı bilindi
Həbibin atasının vəziyyəti ağırdır - Koronavirusa yoluxdu
Həbibin meneceri Makqreqora hədə-qorxu gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər